Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib.
İclasdan sonra deputatlar tətilə çıxıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Payız sessiyası parlament seçkilərindən təxminən 1 ay sonra, sentyabrın 30-da başlayıb.
Bu sessiya çərçivəsində 18 plenar iclas, 130 komitə iclası, 1 dinləmə keçirilib, 84 qanun və 32 qərar qəbul olunub.
Parlamentin sentyabrın 23-də keçirilən ilk iclasında İntizam komissiyası formalaşdırılıb.
Bu komissiya deputat tərəfindən Milli Məclisin nüfuzuna, yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır.
Qeyd edək ki, komissiyanın səlahiyyət müddəti 1 il olsa da, sonuncu yaradılan komissiya daha az müddət fəaliyyət göstərəcək.