Icma.az
close
up
RU
Cəmi 4 ay əvvəl yaradılan İntizam Komissiyası yenidən formalaşdırılacaq SƏBƏB

Cəmi 4 ay əvvəl yaradılan İntizam Komissiyası yenidən formalaşdırılacaq SƏBƏB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. İclasdan sonra deputatlar tətilə çıxıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Payız sessiyası parlament seçkilərindən təxminən 1 ay sonra, sentyabrın 30-da başlayıb. Bu sessiya çərçivəsində 18 plenar iclas, 130 komitə iclası, 1 dinləmə keçirilib, 84 qanun və 32 qərar qəbul olunub.

Parlamentin sentyabrın 23-də keçirilən ilk iclasında İntizam komissiyası formalaşdırılıb. Bu komissiya deputat tərəfindən Milli Məclisin nüfuzuna, yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır.

Qeyd edək ki, komissiyanın səlahiyyət müddəti 1 il olsa da, sonuncu yaradılan komissiya daha az müddət fəaliyyət göstərəcək. Belə ki, qanunvericiliyə görə, hər il yaz sessiyasının birinci iclasında İntizam Komissiyası yenidən yaradılır. Yəni, VII çağırışın ilk İntizam Komissiyasının ömrü cəmi 4 ay olacaq.

Komissiya üzvləri deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

Maraqlıdır ki, payız sessiyası boyunca İntizam Komissiyasının neçə iclası keçirilib?

Modern.az bununla bağlı İntizam Komissiyasının sədri ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında  Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, sentyabrın 20-dən bu günə qədər heç bir deputat barəsində Komissiyaya müraciət olunmayıb:

“Sentyabrın 20-dən bu yana işləyirik. İndiyə qədər İntizam Komissiyasına deputatlarla bağlı heç  bir şikayət daxil olmayıb. Daxili nizam qaydaları pozulduqda bunun üçün nəsə etmək olur. Lakin heç bir pozuntu halı qeydə alınmayıb”.

O qeyd edib ki, sessiya boyunca komissiyanın sadəcə iki iclası keçirilib, onlardan birində komissiya formalaşdırılıb, digərində ümumi məsələlər müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Yanvar 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri