Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əsrlər boyu formalaşan adət-ənənələr, ailə və cəmiyyət içində nüfuz anlayışı, sosial mühitin təzyiqi – bütün bunlar təmtəraqlı toyların niyə hələ də davam etməsinin əsas səbəblərindəndir.
Toy yalnız iki gəncin birgə həyata başlaması yox, həm də iki ailənin özünü təqdim etmə mərasimi kimi qəbul olunur.
Bu düşüncə isə illərdir dəyişmir. Cəmiyyətimizdə toylar çox vaxt ailənin imici, sosial status göstəricisi kimi qiymətləndirilir.
Belə düşünülür ki, kim daha təmtəraqlı, daha səs-küylü toy edir, o da daha varlı, daha “böyük” ailə sayılır.
Nəticədə, bəzən maddi imkanı olmayan ailələr də sırf bu imici qorumaq üçün kredit götürür, borca girir.
Ən bahalı restoranlar tutulur, yüksək səviyyədə musiqiçilər, operatorlar dəvət olunur, hətta toyda geyilən libaslar belə kirayə götürülür – sadəcə başqalarına “biz də bacarırıq” mesajı vermək üçün.
Məsələ ondadır ki, bu tip mərasimlərdə əsas diqqət xoşbəxt ailə qurmağa deyil, ətrafın təsirinə yönəlir.