Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Cəmiyyətimizdə “camaat nə deyər” psixologiyası kök salıb” SOSİOLOQDAN AÇIQLAMA

“Cəmiyyətimizdə “camaat nə deyər” psixologiyası kök salıb” SOSİOLOQDAN AÇIQLAMA

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əsrlər boyu formalaşan adət-ənənələr, ailə və cəmiyyət içində nüfuz anlayışı, sosial mühitin təzyiqi – bütün bunlar təmtəraqlı toyların niyə hələ də davam etməsinin əsas səbəblərindəndir. Toy yalnız iki gəncin birgə həyata başlaması yox, həm də iki ailənin özünü təqdim etmə mərasimi kimi qəbul olunur. Bu düşüncə isə illərdir dəyişmir.

Cəmiyyətimizdə toylar çox vaxt ailənin imici, sosial status göstəricisi kimi qiymətləndirilir. Belə düşünülür ki, kim daha təmtəraqlı, daha səs-küylü toy edir, o da daha varlı, daha “böyük” ailə sayılır. Nəticədə, bəzən maddi imkanı olmayan ailələr də sırf bu imici qorumaq üçün kredit götürür, borca girir. Ən bahalı restoranlar tutulur, yüksək səviyyədə musiqiçilər, operatorlar dəvət olunur, hətta toyda geyilən libaslar belə kirayə götürülür – sadəcə başqalarına “biz də bacarırıq” mesajı vermək üçün.

Məsələ ondadır ki, bu tip mərasimlərdə əsas diqqət xoşbəxt ailə qurmağa deyil, ətrafın təsirinə yönəlir. Cütlüklərin birgə həyatlarının ilk addımı bəzən borc və maddi sıxıntı ilə başlayır. Toyun təmtərağı bitdikdən sonra ödənilməli olan borclar ailədaxili gərginliklərə, münaqişələrə səbəb olur. Çoxları üçün toyun xatirəsi bahalı fotolar və şənlik yox, aylıq ödənilməyən kredit borcu ilə yadda qalır.

Bununla yanaşı, sosial şəbəkələrin təsiri də bu problemi daha da dərinləşdirib. İnsanlar “Instagram”da, “TikTok”da gördükləri dəbdəbəli toyları öz həyatlarına tətbiq etməyə çalışır. Halbuki, hər kəsin maddi imkanları eyni deyil. Amma “o edibsə, mən niyə etməyim?” yanaşması nəticədə ailələri maliyyə uçurumuna sürükləyir.
Ən maraqlısı isə budur: bu qədər borc, bu qədər zəhmət nəyə görə? Əgər toyun əsl məqsədi birliyin başlanğıcıdırsa, nəyə görə bu başlanğıc süni görüntülər, maddi yük və psixoloji təzyiqlə müşayiət olunmalıdır?

Bəs sual burasındadır: Həqiqətən də ailə həyatı üçün vacib olan, cütlüyün özünü xoşbəxt hiss etməsi, yoxsa cəmiyyətə xoş görünməkdir? Niyə bu zərərli ənənədən imtina etmirik?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, cəmiyyətimizdə “görən nə deyər?” düşüncəsi hələ də güclü şəkildə qalmaqdadır:

“İnsanlarımız əksər hallarda həyat tərzlərini, tədbirlərini və mərasimlərini başqalarının gözündə necə görünəcəklərinə əsasən planlaşdırırlar. İstər xeyir işlər, istərsə də yas mərasimləri – çox vaxt bunlar ictimaiyyətə yönəlmiş, göstəri xarakterli şəkildə təşkil olunur. Əsas məqsəd ətrafın diqqətini çəkmək, “geri qalmamaq” psixologiyası ilə hərəkət etməkdir.

Bu yanaşma kökündənin sosial təzyiq və ictimai rəqabət dayanır. İnsanlar bir çox hallarda maddi imkanından asılı olmayaraq, bahalı məkanlarda toylar edir, kreditlə lüks avtomobil alır, yüksək kirayəli evlərdə yaşayırlar. Hətta maddi imkanı uyğun olmayan ailələr belə, şəhərin mərkəzində dəbdəbəli tədbirlər keçirməyə can atırlar. Bu isə nəticədə onları borc yükü altına salır”.

Sosioloqun fikrincə, dinimiz və milli-mənəvi dəyərlərimiz isə əksinə, təvazökarlığı və imkan daxilində yaşamağı tövsiyə edir:

“Tariximizə və dini ənənələrimizə baxdıqda, sadəlik və təmtəraqdan uzaq həyat tərzinin təşviq edildiyi açıq görünür. Peyğəmbərimiz (s.ə.s.) belə tədbirlərin təvazökar şəkildə keçirilməsini tövsiyə edərək ifrata varmağın qarşısını almağa çalışmışdır.

Lakin reallıqda isə arzular imkanların önünə keçir. İnsanlar illərlə xəyal etdiklərini həyata keçirmək üçün borca girir, kreditlərlə yaşayırlar. Bu da sonradan ailə büdcəsinə, psixoloji vəziyyətə və hətta ailədaxili münasibətlərə mənfi təsir göstərir. Çox vaxt bu cür qərarların nəticəsində məhkəmə çəkişmələri, boşanmalar, depressiya hallarının artdığı müşahidə olunur”.

Mövzunun cavabsız qalan sualı isə budur: Niyə biz arzularımızı imkanlarımıza uyğunlaşdırmaq əvəzinə, imkanlarımızı arzularımıza uyğunlaşdırmağa çalışırıq?

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri