Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bu gün cəmiyyətimizi narahat edən ailə məsələlərindən biri də məhz erkən evliliklərdir.
Azərbaycan demokratik ölkə olduğuna görə ölkəmizdə azyaşlı uşaqları erkən evliliyə məcbur etmək heç bir halda normal qəbul edilə bilməz, birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümünəsi” kimi dəyərləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva deyib.
O bildirib ki, belə halların qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür, qanunvericilikdə dəyişiklliklər edilir: "Əvvəllər AR Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 17, oğlanlar üçün isə 18 yaş göstərilirdi, sonradan AR Uşaq Hüquqları haqqında Qanuna əsasən qızların nikah yaşı oğlanlarla bərabələşdirilərək 18 yaşa dəyişdirilmişdir.
AR Cinayyət Məcəllləsinin “Qadını nikaha məcbur etmə” maddəsinə əlavə olaraq nikah yaşına çatmayan qızları nikaha məcbur etməyə görə cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir.
Qaydada erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə sahəsində tədbirləri həyata keçirən dövlət qurumlarının siyahısı və onların öhdəliyinə düşən vəzifələr açıqlanır: Qaydanın icrası istiqamətində hər ilin yanvar ayında aidiyyəti qurumlar tərəfindən təqdim edilən məlumatlara əsasən Komitə tərəfindən ölkə üzrə hesabat hazırlanır, Komitənin rəsmi saytında dərc edilir.