Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Cəmiyyətimizi narahat edən məsələlərdən biri də erkən evliliklərdir

Cəmiyyətimizi narahat edən məsələlərdən biri də erkən evliliklərdir

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün cəmiyyətimizi narahat edən ailə məsələlərindən biri də məhz erkən evliliklərdir. Azərbaycan demokratik ölkə olduğuna görə ölkəmizdə azyaşlı uşaqları erkən evliliyə məcbur etmək heç bir halda normal qəbul edilə bilməz, birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümünəsi” kimi dəyərləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva deyib.

O bildirib ki, belə halların qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür, qanunvericilikdə dəyişiklliklər edilir: "Əvvəllər AR Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 17, oğlanlar üçün isə 18 yaş göstərilirdi, sonradan AR Uşaq Hüquqları haqqında Qanuna əsasən qızların nikah yaşı oğlanlarla bərabələşdirilərək 18 yaşa dəyişdirilmişdir. AR Cinayyət Məcəllləsinin “Qadını nikaha məcbur etmə” maddəsinə əlavə olaraq nikah yaşına çatmayan qızları nikaha məcbur etməyə görə cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilmişdir. Qaydada erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə sahəsində tədbirləri həyata keçirən dövlət qurumlarının siyahısı və onların öhdəliyinə düşən vəzifələr açıqlanır: Qaydanın icrası istiqamətində hər ilin yanvar ayında aidiyyəti qurumlar tərəfindən təqdim edilən məlumatlara əsasən Komitə tərəfindən ölkə üzrə hesabat hazırlanır, Komitənin rəsmi saytında dərc edilir.

2020-ci ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilmişdir. Strategiya Azərbaycan Respublikasında uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyin göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, onların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeniyetmə və gənclərin, onların valideynlərin erkən nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verilir, mütəmadi olaraq bu istiqamətdə maarifləndirici görüşlər təşkil olunur. Bununla yanaşı təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələri ilə fərdi profilaktik işlər aparılır, erkən evlilik faktlarının aşkarlanması, qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür. Belə hallarla üzləşən şəxslər üçün, ümumiyyətlə gender əsaslı zorakılıqla üzləşən şəxslər üçün Dövlət Komitəsi yanında 860 qaynar xətt (860) yaradılıb, Dövlət Komitəsinin dəstəyi ilə uşaq hüquqlarının müdafiəsi üçün 116111 qaynar xətti yaradılıb.

Dövlət tərəfindən bütün bu aparılan işlərin nəticəsi kimi 2012-ci ildən erkən evliliklərin sayında azalmanın müşahidə olunmasına baxmayaraq belə halların baş verməsi hələ də ciddi narahatlıq doğurur. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən 18 yaşadək olan analar tərəfindən doğulan uşaqların sayı 2021-ci ildə -1650 olub, 2022-ci ildə -2011 (2021-ci ilnən müqayisədə 361 uşaq çox dünyaya gəlib), 2023-cü ildə isə bu say 15% azalaraq 1742 olub. Nikah yaşının 1 il azaldılması ilə bağlı yerli icra hakimiyyətləri tərəfindən 2022-ci ildə 276 nəfər, 2023-cü ildə isə 241 nəfər yetkinlik yaşına çatmayan şəxsə icazə verilib".

Onun sözlərinə görə, bu baxımdan, erkən evliliklərin mənfi nəticlələrini, eləcə də belə halların baş verməsinin qarşısının alınması istiqamətində ciddi addımların atılması zərurəti yaranmışdır: "28 iyun 2024-cü il tarixində qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı Qanun qəbul edilib. Qanuna əsasən Ailə Məcəlləsində nikah yaşının 1 il azaldılması ilə bağlı istisna halları ləğv edilib. AR Cinayət Məcəlləsində on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə, eləcə də AR İnzibati Xətalar Məcəlləsində on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi ilə bağlı dəyişikliklər edilib. Qanun 2025-ci ilin iyulun1-dən qüvvəyə minir.

Lakin belə halların qarşısının alınması istiqamətində yalnız dövlət tərəfindən tədbirlərin görülməsi kifayət deyil. Dövlət Komitəsi olaraq bizim tövsiyəmiz odur ki, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olsunlar, ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmasınlar, bu kimi halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərsinlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri