“Çempionat boyu çalışdıq ki, birliyimizi qoruyaq”

23.12.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”a məğlub olub – 0:2.

Naxçıvan təmsilçisinin futbolçusu Vadim Abdullayev iki ay fasilədən sonra bu matçda meydana çıxıb. Zədəli olduğu üçün kənarda qalan yarımmüdafiəçi “FutbolPress“ə açıqlamasında hisslərini bölüşdü:

“Qarabağ”la oyun önəmli idi. Çünki çoxdandı oynamırdım. İki aya yaxın kənarda qalmışdım. Meydançada olmaq çox önəmli idi. Şükürlər olsun, məşqçimiz etimad göstərdi”.

Abdullayev komandanın oyununu da şərh etdi:

“Oyunda maksimumu etməyə çalışdıq. Komandamız pis təsir bağışlamadı. Çempionat boyu çalışdıq ki, birliyimizi qoruyaq, yaxşı kollektivimiz var. Bundan sonra da ikinci dövrəyə yaxşı hazırlaşmaq və hədəfimizə doğru getmək istəyirik”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” da Bakıda qalacaq – 2 yoxlama oyunu olacaq

23 Dekabr 2024, 15:26

Əsas xəbərlər, Ölkə futbolu “Araz-Naxçıvan” “Səbail”lə qarşılaşacaq

23 Dekabr 2024, 14:33

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Premyer Liqanın liderləri – 2 əcnəbi, 1 yerli

23 Dekabr 2024, 13:16

Əsas xəbərlər, Ölkə futbolu Premyer Liqa klubunun qış planı: “Qarabağ”ı seçdilər

23 Dekabr 2024, 11:36

Əsas xəbərlər, Premyer liqa “Qarabağ” 99-da qaldı

23 Dekabr 2024, 10:20

Əsas xəbərlər, Manşet, Premyer liqa İlin son turunda yaşananlar

23 Dekabr 2024, 8:01

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью