“Çempionat boyu çalışdıq ki, birliyimizi qoruyaq”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”a məğlub olub – 0:2.
Naxçıvan təmsilçisinin futbolçusu Vadim Abdullayev iki ay fasilədən sonra bu matçda meydana çıxıb. Zədəli olduğu üçün kənarda qalan yarımmüdafiəçi “FutbolPress“ə açıqlamasında hisslərini bölüşdü:
“Qarabağ”la oyun önəmli idi. Çünki çoxdandı oynamırdım. İki aya yaxın kənarda qalmışdım. Meydançada olmaq çox önəmli idi. Şükürlər olsun, məşqçimiz etimad göstərdi”.
Abdullayev komandanın oyununu da şərh etdi:
“Oyunda maksimumu etməyə çalışdıq. Komandamız pis təsir bağışlamadı. Çempionat boyu çalışdıq ki, birliyimizi qoruyaq, yaxşı kollektivimiz var. Bundan sonra da ikinci dövrəyə yaxşı hazırlaşmaq və hədəfimizə doğru getmək istəyirik”.
Şahin Cəfərov
23 Dekabr 2024, 15:26
23 Dekabr 2024, 13:16
23 Dekabr 2024, 11:36
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 23 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















