“Çempionatın ən sərt komandasına qarşı oynadıq“

30.03.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Zirə” – “Şamaxı” (3:0) matçından sonra qonaq komandanın məşqçisi Elnur Çovdarov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Çempionatın ən sərt komandasına qarşı oynadıq. İtkilərimiz var idi. Maykl Tuik zədələnmişdi. Leroy Mikels isə oyuna tam hazır deyildi. Ümumi götürdükdə ilk hissəni yaxşı keçirdik. İkinci yarıya yaxşı başlamadıq. İki səhvdən qol buraxdıq. Dəyişikliklər etmək istədik. 3-cü qol da hücuma çıxdığımız vaxt baş verdi.

– Ayxan Abbasovun yoxluğu bu məğlubiyyətə təsir etdi?

– Xeyr, elə düşünmürük. Hər şey nəzarətdədir. Ayxan Abbasovun  tapşırıqları ilə məşqləri keçirdik. Hətta məşqlərin çəkilişləri də olurdu.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью