“Çempionatın ən sərt komandasına qarşı oynadıq“
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Zirə” – “Şamaxı” (3:0) matçından sonra qonaq komandanın məşqçisi Elnur Çovdarov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşdü:
– Çempionatın ən sərt komandasına qarşı oynadıq. İtkilərimiz var idi. Maykl Tuik zədələnmişdi. Leroy Mikels isə oyuna tam hazır deyildi. Ümumi götürdükdə ilk hissəni yaxşı keçirdik. İkinci yarıya yaxşı başlamadıq. İki səhvdən qol buraxdıq. Dəyişikliklər etmək istədik. 3-cü qol da hücuma çıxdığımız vaxt baş verdi.
– Ayxan Abbasovun yoxluğu bu məğlubiyyətə təsir etdi?
– Xeyr, elə düşünmürük. Hər şey nəzarətdədir. Ayxan Abbasovun tapşırıqları ilə məşqləri keçirdik. Hətta məşqlərin çəkilişləri də olurdu.
Mirkamal Kazım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 30 Mart 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















