Çempionlar Liqası: “Sabah” ilk qələbə axtarışında YENİLƏNİR

27.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycanın “Sabah” basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, ölkə çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter 92” komandasını qəbul edəcək.

Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

İlk iki turda məğlubiyyətlə üzləşən “Sabah” Fransa təmsilçisi ilə görüşdə turnirdə ilk qələbəsini qazanmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə Litvanın “Ritas” klubuna 73:82, ikinci turda isə Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabı ilə uduzub.

FIBA Çempionlar Liqası
Müntəzəm mövsüm, III tur
27 oktyabr

20:00. “Sabah” – “Nanter 92”
Milli Gimnastika Arenası

Şengündən möhtəşəm start, “Leykers” və “Klippers”dən qələbə – NBA-da gecənin nəticələri “LANDAU Lions” məğlub olub İoannis Diamantakos: “Azərbaycan mühüm basketbol mərkəzinə çevrilə bilər” “Sabah” NTD-ni məğlub etdi Nik Perkins: “Səhvlərimizdən nəticə çıxarmalıyıq”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью