Çempionlar Liqası: “Sabah” ilk qələbə axtarışında YENİLƏNİR
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Azərbaycanın “Sabah” basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, ölkə çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter 92” komandasını qəbul edəcək.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
İlk iki turda məğlubiyyətlə üzləşən “Sabah” Fransa təmsilçisi ilə görüşdə turnirdə ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan çempionu ilk turda səfərdə Litvanın “Ritas” klubuna 73:82, ikinci turda isə Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabı ilə uduzub.
FIBA Çempionlar Liqası
Müntəzəm mövsüm, III tur
27 oktyabr
20:00. “Sabah” – “Nanter 92”
Milli Gimnastika Arenası
Bu mövzuda digər xəbərlər:Çempionlar Liqası: Sabah hesabı açdı YENİLƏNİR
13 Oktyabr 2026 21:58
Çempionlar Liqası: Sabah Uels çempionuna qarşı YENİLƏNİR
07 İyul 2026 19:53
Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR
05 Avqust 2026 21:12
Çempionlar Liqası: Sabah Danimarkada minimal hesabla uduzdu (YENİLƏNİR)
05 Avqust 2026 23:13
Çempionlar Liqası: Sabah ın rəqibləri bəlli olur YENİLƏNİR
27 Avqust 2026 10:09
Baxış sayı:191
Bu xəbər 27 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















