Çempionlar Liqası üçün “Qarabağ”ın vaxtı azalır SON 29 saat | Icma.az
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqası Liqa mərhələsində mübarizə aparacaq “Qarabağ” heyətini hücumçu ilə gücləndirmək niyyətindədir.
Ağdam klubu uzun müddətdir bu mövqe üçün futbolçu axtarışındadır. Ancaq Azərbaycan çempionunun çox vaxtı qalmayıb.
Belə ki, Çempionlar Liqası üçün yekun heyət sentyabrın 2-dən 3-nə keçən gecə saat 02:00-yə dək UEFA-ya təqdim edilməlidir.
Əgər Ağdam klubu bu müddətə qədər yeni futbolçunu heyətinə cəlb edib ali futbol qurumuna sifariş edə bilməsə, ÇL matçlarında hazırkı komanda ilə mübarizə aparacaq.
Bu da o deməkdir ki, “Qarabağ”ın yeni hücumçu transferi üçün 24 saatdan bir az çox (29 saat) vaxtı qalıb.
İdmanxeber.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu