Çempionlar Liqası üçün “Qarabağ”ın vaxtı azalır SON 29 saat
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqası Liqa mərhələsində mübarizə aparacaq “Qarabağ” heyətini hücumçu ilə gücləndirmək niyyətindədir. Ağdam klubu uzun müddətdir bu mövqe üçün futbolçu axtarışındadır.
Ancaq Azərbaycan çempionunun çox vaxtı qalmayıb. Belə ki, Çempionlar Liqası üçün yekun heyət sentyabrın 2-dən 3-nə keçən gecə saat 02:00-yə dək UEFA-ya təqdim edilməlidir.
Əgər Ağdam klubu bu müddətə qədər yeni futbolçunu heyətinə cəlb edib ali futbol qurumuna sifariş edə bilməsə, ÇL matçlarında hazırkı komanda ilə mübarizə aparacaq.
Bu da o deməkdir ki, “Qarabağ”ın yeni hücumçu transferi üçün 24 saatdan bir az çox (29 saat) vaxtı qalıb.
İdmanxeber.az

Çempionlar Liqası: “Qarabağ”ın iki rəqibi bəllidir
26 May 2025 10:49
Çempionlar Liqası: Qarabağ ın ilk rəqibi müəyyənləşir
18 İyun 2025 10:11
Çempionlar Liqası: “Qarabağ”ın oyununa xorvatiyalı hakim
18 İyul 2025 10:53
Çempionlar Liqası: Qarabağ ın oyunu yeddinci pillədə
08 Avqust 2025 11:03
Çempionlar Liqası gecəsi: Qarabağ ın heyəti açıqlandı
23 İyul 2025 21:59

