Cənub Qərb qovşağında yeni ortaq güc mərkəzi | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı–Əbu-Dabi əməkdaşlığının çoxqütblü dünya nizamındakı yeri Avrasiyanın geosiyasi xəritəsində yeni və olduqca perspektivli bir ittifaqın konturları müəyyən olunmaqdadır.
Coğrafi determinizmin diktə etdiyi şərtləri məharətlə siyasi və iqtisadi kapitala çevirməyi bacaran Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı strateji yaxınlaşma Cənub–Qərb geosiyasi qovşağında alternativ güc mərkəzinin təşəkkülüdür.
Sözügedən tərəfdaşlıq Xəzər hövzəsi ilə Fars körfəzini birləşdirən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, eyni zamanda, qlobal enerji təhlükəsizliyinin təminatında əvəzsiz rol oynayan iki dövlətin ortaq vizyonunun məhsuludur və bu münasibətlər müasir dövrün çağırışlarına cavab verən, praqmatizmə, qarşılıqlı hörmətə və ortaq maraqlara söykənən yeni siyasi mədəniyyət nümunəsini ortaya qoyur.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı müasir əməkdaşlığın təhlili göstərir ki, tərəflər ənənəvi neft diplomatiyası ilə yanaşı, daha çoxşaxəli, innovativ və gələcəyə yönəlik strateji gündəlik formalaşdırmağa nail olmuşlar ki, bu da Bakı və Əbu-Dabinin karbohidrogen resurslarının ixracından əldə edilən gəlirləri insan kapitalına, infrastrukturun müasirləşdirilməsinə və yaşıl iqtisadiyyata yönəltməklə postneft dövrünə hazırlıq konsepsiyasını uğurla həyata keçirdiklərini təsdiqləyir.
Məhz qeyd edilən strateji baxış oxşarlığı iki ölkəni təbii müttəfiqə çevirən mühüm amillərdən biri olmaqla bərabər, hər iki tərəfin yerləşdikləri regionlarda sabitlik adası funksiyasını yerinə yetirməsini və qlobal miqyasda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqində fəal iştirakını şərtləndirir.
Mövcud əməkdaşlığın ən dinamik və qlobal əhəmiyyətli istiqaməti, şübhəsiz ki, enerji sektorundakı transformasiyadır.
Belə ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri dünya enerji bazarının ənənəvi liderləri olsalar da, hazırda bərpaolunan enerji mənbələrinin inkişafı və iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal liderlik iddiasını nümayiş etdirirlər.
Tam oxu
Xəbəri oxu