Cənubi Afrika Respublikasında Ulu Öndərin xatirəsinə həsr olunmuş yarış keçirilib | Icma.a…
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 10 may, AZƏRTACMayın 9-da Cənubi Afrika Respublikasının (CAR) Yohanesburq şəhərində Azərbaycanın CAR-dakı səfirliyinin təşəbbüsü, habelə CAR-ın “Judo for peace” qurumunun dəstəyi ilə “Brixton İdman Mərkəzi”ndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə 14-16 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında cüdo yarışı təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, yarışdan öncə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən söhbət açaraq, Ulu Öndərin həm müstəqilliyimizin qorunub saxlanılmasında, həm də dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan bəhs edib.
“Ulu Öndərin rəhbərliyi ilə dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində aparılan islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də nəzərəçarpacaq dəyişikliklər baş verdi.
Habelə hazırda mötəbər idman yarışlarına ev sahibliyi etməklə Azərbaycanın dünyanın aparıcı idman mərkəzinə çevrildi, eləcə də Azərbaycan beynəlxalq idman ailəsində layiqli yer tutdu, güclü idman dövləti kimi tanındı”, - deyə diplomat əlavə edib.H.Rəhimli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, onun rəhbərliyi altında ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini diqqətə çatdırıb.
O, həmçinin MOK-un prezidenti kimi dövlət başçısının rəhbərliyi ilə ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, eləcə də Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvü olması üçün genişmiqyaslı tədbirlər keçirildiyini bildirib.
H.Rəhimli, həmçinin birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın dinamik inkişafı istiqamətində görülən işlərə ciddi töhfələr verdiyini bildirib.Açılış mərasimində, həmçinin Yoxanesburq bələdiyyəsinin məsul işçisi - idman departamentinin sektor rəhbəri Karmen Vinnaar və ictimai tədbirlər departamentinin nümayəndəsi Tomas Mosvane, habelə Beynəlxalq Cüdo Federasiyasının təmsilçisi, “Judo for peace”in layihə direktoru Roberto Orlando çıxış ediblər.
Qeyd olunub ki, səfirliyin keçirdiyi tədbir ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, iki xalq arasında dostluğun möhkəmləndirilməsində və cəmiyyətlər arasında məlumatlılığın artırılmasında əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu