Icma.az
close
up
RU
Cənubi Afrika Respublikasında Ulu Öndərin xatirəsinə həsr olunmuş yarış keçirilib

Cənubi Afrika Respublikasında Ulu Öndərin xatirəsinə həsr olunmuş yarış keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 may, AZƏRTAC

Mayın 9-da Cənubi Afrika Respublikasının (CAR) Yohanesburq şəhərində Azərbaycanın CAR-dakı səfirliyinin təşəbbüsü, habelə CAR-ın “Judo for peace” qurumunun dəstəyi ilə “Brixton İdman Mərkəzi”ndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə 14-16 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında cüdo yarışı təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, yarışdan öncə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən söhbət açaraq, Ulu Öndərin həm müstəqilliyimizin qorunub saxlanılmasında, həm də dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan bəhs edib.

“Ulu Öndərin rəhbərliyi ilə dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində aparılan islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də nəzərəçarpacaq dəyişikliklər baş verdi. Habelə hazırda mötəbər idman yarışlarına ev sahibliyi etməklə Azərbaycanın dünyanın aparıcı idman mərkəzinə çevrildi, eləcə də Azərbaycan beynəlxalq idman ailəsində layiqli yer tutdu, güclü idman dövləti kimi tanındı”, - deyə diplomat əlavə edib.

H.Rəhimli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, onun rəhbərliyi altında ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini diqqətə çatdırıb. O, həmçinin MOK-un prezidenti kimi dövlət başçısının rəhbərliyi ilə ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, eləcə də Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvü olması üçün genişmiqyaslı tədbirlər keçirildiyini bildirib. H.Rəhimli, həmçinin birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın dinamik inkişafı istiqamətində görülən işlərə ciddi töhfələr verdiyini bildirib.

Açılış mərasimində, həmçinin Yoxanesburq bələdiyyəsinin məsul işçisi - idman departamentinin sektor rəhbəri Karmen Vinnaar və ictimai tədbirlər departamentinin nümayəndəsi Tomas Mosvane, habelə Beynəlxalq Cüdo Federasiyasının təmsilçisi, “Judo for peace”in layihə direktoru Roberto Orlando çıxış ediblər. Qeyd olunub ki, səfirliyin keçirdiyi tədbir ikitərəfli münasibətlərin inkişaf etdirilməsində, iki xalq arasında dostluğun möhkəmləndirilməsində və cəmiyyətlər arasında məlumatlılığın artırılmasında əhəmiyyət kəsb edir.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Sonra Yoxanesburqun müxtəlif orta məktəblərini təmsil edən qız və oğlan yeniyetmələrdən ibarət 4 idman heyəti arasında yarış keçirilib və sonda turnirin qalibləri mükafatlandırılıb. İlk üç yerin sahibləri səfirlik tərəfindən xüsusi hazırlanmış Ulu Öndərin portreti həkk olunmuş xatirə medallar komplekti (qızıl, gümüş, bürünc) ilə təltif ediliblər. Yarışda çıxış edən bütün idmançılara isə Azərbaycan səfirliyi adından xüsusi hədiyyələr və mədəniyyətimizi təşviq edən suvenirlər təqdim olunub.

Tədbir zamanı, həmçinin Heydər Əliyevin həyat yolu, Ulu Öndərin Azərbaycanda idmanın inkişafına verdiyi önəm, habelə hazırda respublikamızda idmanın inkişaf etdirilməsinə dövlət tərəfindən ayrılan diqqət və qayğı, eləcə də Cüdo idman növünün Azərbaycanda nailiyyətləri, çempionlarımız haqqında məlumatı özündə əks etdirən kitabçalar paylanıb.

Qeyd edək ki, kitabçalar səfirliyin təşəbbüsü və dəstəyi ilə CAR-da Beynəlxalq Cüdo Federasiyasının nəzdində fəaliyyət göstərən “Judo for peace” tərəfindən hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri