Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

05.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 oktyabr, AZƏRTAC

Cənubi Koreyanın Jeju adası sahillərində göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi çevrilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində doqquz nəfər xilas edilib, iki nəfər isə itkin düşüb.

Xilas edilənlərdən səkkizi İndoneziya, biri isə Vyetnam vətəndaşıdır. Onların vəziyyətinin stabil olduğu bildirilir. İtkin düşənlər arasında gəminin Cənubi Koreya vətəndaşı olan kapitanı və bir İndoneziya vətəndaşı var.

Sahil mühafizəsi hadisə yerinə helikopter və patrul gəmiləri cəlb edib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью