Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 oktyabr, AZƏRTAC
Cənubi Koreyanın Jeju adası sahillərində göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində doqquz nəfər xilas edilib, iki nəfər isə itkin düşüb.
Xilas edilənlərdən səkkizi İndoneziya, biri isə Vyetnam vətəndaşıdır. Onların vəziyyətinin stabil olduğu bildirilir. İtkin düşənlər arasında gəminin Cənubi Koreya vətəndaşı olan kapitanı və bir İndoneziya vətəndaşı var.
Sahil mühafizəsi hadisə yerinə helikopter və patrul gəmiləri cəlb edib. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Bu mövzuda digər xəbərlər:Cənubi Koreyada balıqçı gəmisi aşıb, 9 nəfər xilas edilib
05 Oktyabr 2026 19:24
Rusiya gəmisi Cənubi Koreyada yandı: yaralılar var
26 Mart 2025 15:37
Cənubi Koreyada balıqçı qayığı qəzaya uğradı: 1 ölü, 3 itkin
01 Fevral 2025 10:44
Cənubi Koreyada 600 illik ticarət gəmisi tapılıb
12 Noyabr 2025 13:32
“Cənubi Koreyada görüşəcəyik”
07 Oktyabr 2025 23:42
Baxış sayı:113
Bu xəbər 05 Oktyabr 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















