Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Koreya Respublikasının hakimiyyəti növbədənkənar prezident seçkisini iyunun 3-nə təyin etmək niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, seçkinin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin aprelin 8-nə planlaşdırılan iclasında qaldırılacaq.
"Seçkinin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin vacibliyini bildirən dəqiq hüquqi normalar yoxdur. Amma səsvermə günü müvəqqəti istirahət gününün olmasını tələb edəcək mühüm məqam olduğundan, bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - deyə mənbə bildirib.