Cənubi Koreyada növbədənkənar prezident seçkisi: Tarix müzakirə olunur
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Koreya Respublikasının hakimiyyəti növbədənkənar prezident seçkisini iyunun 3-nə təyin etmək niyyətindədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, seçkinin keçirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinin aprelin 8-nə planlaşdırılan iclasında qaldırılacaq.
"Seçkinin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinin vacibliyini bildirən dəqiq hüquqi normalar yoxdur. Amma səsvermə günü müvəqqəti istirahət gününün olmasını tələb edəcək mühüm məqam olduğundan, bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - deyə mənbə bildirib.

Cənubi Koreyada növbədənkənar prezident seçkisində səsvermə başlayıb
29 May 2025 13:03
Cənubi Koreyada prezident böhranı
27 Dekabr 2024 21:01
Cənubi Koreyada prezident seçkisi ilə əlaqədar təşviqat dövrü başlayıb
12 May 2025 20:40
Cənubi Koreyada prezidentə qarşı impiçment keçiriləcək tarix açıqlandı
05 Dekabr 2024 08:20

