Cənubi Koreyada rekord: Turist sayı 20 milyonu keçdi

12.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Cənubi Koreya turizm tarixində yeni mərhələyə qədəm qoyub.

Bakıvaxtı.az "Yonhap"a istinadla xəbər verir ki, bu barədə Mədəniyyət, İdman və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkəyə gələn xarici turistlərin illik sayı ilk dəfə 20 milyonu ötüb. 20 milyonuncu turist noyabrın 12-də İnçxon Beynəlxalq Hava Limanında qarşılanıb. 

Mərasimdə nazir müavini Kim De-hyun iştirak edib.

Nazirlik artımı Koreya mədəniyyətinin dünya miqyasında populyarlaşması və ölkənin turizm infrastrukturunun inkişafı ilə əlaqələndirib.

Qeyd edək ki, Cənubi Koreya 2012-ci ildə 10 milyonluq həddi keçmişdi. 20 milyonluq rekorda çatmaq 14 il çəkib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью