Cənubi Koreyada rekord: Turist sayı 20 milyonu keçdi
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Cənubi Koreya turizm tarixində yeni mərhələyə qədəm qoyub.
Bakıvaxtı.az "Yonhap"a istinadla xəbər verir ki, bu barədə Mədəniyyət, İdman və Turizm Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkəyə gələn xarici turistlərin illik sayı ilk dəfə 20 milyonu ötüb. 20 milyonuncu turist noyabrın 12-də İnçxon Beynəlxalq Hava Limanında qarşılanıb.
Mərasimdə nazir müavini Kim De-hyun iştirak edib.
Nazirlik artımı Koreya mədəniyyətinin dünya miqyasında populyarlaşması və ölkənin turizm infrastrukturunun inkişafı ilə əlaqələndirib.
Qeyd edək ki, Cənubi Koreya 2012-ci ildə 10 milyonluq həddi keçmişdi. 20 milyonluq rekorda çatmaq 14 il çəkib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:Cənubi Koreyada 38 turist itkin düşdü
03 Dekabr 2024 13:42
Cənubi Koreyada 38 vyetnamlı turist itkin düşüb
03 Dekabr 2024 16:07
Yaponiya və Cənubi Koreyada rekord istilər
31 İyul 2025 22:51
Cənubi Koreyada rekord istilər qeydə alındı
02 Avqust 2026 13:38
“Cənubi Koreyada görüşəcəyik”
07 Oktyabr 2025 23:42
Baxış sayı:59
Bu xəbər 12 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















