GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Region (Cənubi Qafqaz – müəl.) sülh gündəliyinin iqtisadi faydaları, o cümlədən birlikdə inşa edilən Zəngəzur dəhlizi və əlaqə bağlantıları üçün beynəlxalq dəstəyə ehtiyac duyur.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda deyib.
O, daha sonra forum çərçivəsində Taker Karlsonla (amerikalı tok-şou aparıcısı – red.) aralarında keçən dialoqa diqqət çəkib: “Ona Ermənistan-Azərbaycan haqqında son materialının sülhə töhfə üçün o qədər də müsbət olmadığını bildirdim.
O da mənimlə razılaşdı. Hətta təklif etdim ki, növbəti dəfə Ermənistan və Azərbaycan nümayəndələrini birlikdə dəvət etsin və biz həqiqətən s
Bu, sadəcə bir nümunədir. Çünki beynəlxalq media, beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir.
Biz gələcəyə doğru irəliləyirik və gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik”.
Prezidentin köməkçisi həmçinin bildirib ki, bu gün dünyada yeni münaqişə ocaqları yaransa da, heç olmasa Cənubi Qafqaz regionunda bir münaqişə səhifəsinin bağlanması müsbət xəbərdir: “Müşahidələrim əsas verir ki, sülhdən danışmaq münaqişədən danışmaqdan qat-qat asandır.