Icma.az
close
up
RU
Cənubi Qafqaz beynəlxalq dəstəyə ehtiyac duyur Hikmət Hacıyev

Cənubi Qafqaz beynəlxalq dəstəyə ehtiyac duyur Hikmət Hacıyev

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Region (Cənubi Qafqaz – müəl.) sülh gündəliyinin iqtisadi faydaları, o cümlədən birlikdə inşa edilən Zəngəzur dəhlizi və əlaqə bağlantıları üçün beynəlxalq dəstəyə ehtiyac duyur.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunda deyib.

O, daha sonra forum çərçivəsində Taker Karlsonla (amerikalı tok-şou aparıcısı – red.) aralarında keçən dialoqa diqqət çəkib:

“Ona Ermənistan-Azərbaycan haqqında son materialının sülhə töhfə üçün o qədər də müsbət olmadığını bildirdim. O da mənimlə razılaşdı. Hətta təklif etdim ki, növbəti dəfə Ermənistan və Azərbaycan nümayəndələrini birlikdə dəvət etsin və biz həqiqətən sülhün real gündəliyi haqqında danışaq. Bu, sadəcə bir nümunədir. Çünki beynəlxalq media, beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir. Biz gələcəyə doğru irəliləyirik və gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik”.

Prezidentin köməkçisi həmçinin bildirib ki, bu gün dünyada yeni münaqişə ocaqları yaransa da, heç olmasa Cənubi Qafqaz regionunda bir münaqişə səhifəsinin bağlanması müsbət xəbərdir:

“Müşahidələrim əsas verir ki, sülhdən danışmaq münaqişədən danışmaqdan qat-qat asandır. Əvvəllər Ermənistan və Azərbaycan daim bir-biri ilə mübahisə edir, münaqişə və ixtilaflardan danışırdıq. İndi isə sülhdən danışırıq. ABŞ-nin bu prosesdə oynadığı həlledici rolu qəbul etməklə yanaşı, Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələrin vacibliyini vurğulamaq istəyirəm. Azərbaycan və Ermənistan olaraq başa düşdük ki, hər şeydən əvvəl bizə sülh lazımdır. Bu sülhü yaratmalı, razılığa gəlməli, daha sonra isə beynəlxalq tərəfdaşlarımıza təqdim etməliyik”.

H.Hacıyev əlavə edib ki, sülh danışıqları prosesinin ikitərəfli xarakteri özünü effektiv göstərdi:

“Amerikalı dostlarımız isə iki tərəf arasında tamamilə qərəzsiz və dürüst vasitəçi oldular və bizi yekun razılaşmaya gətirdilər. Hazırkı mərhələdə Azərbaycan-Ermənistan qlobal sülhquruculuğu prosesini,o cümlədən vətəndaş cəmiyyəti institutlarının qurulması sahəsində əməkdaşlığı ikitərəfli əsasda davam etdiririk. Bu da özünü təsirli və səmərəli yanaşma kimi doğruldur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri