Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şərti sərhəddə artıq gərginlik yox, əməkdaşlıq mühiti duyulur Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanmasından, eləcə də Birgə Bəyannamənin imzalanmasından sonra bölgəmizdə tamamilə fərqli ab-hava yaranıb.
Bu sənədlərin imzalanması ilə Cənubi Qafqazda yeni siyasi mərhələnin əsasları qoyuldu desək, yəqin ki, səhv etmərik.
İllərdir davam edən silahlı qarşıdurmanın, münaqişənin, müharibələrin, atəşkəs pozuntularının yerini real əməkdaşlıq imkanları almağa başlayır.
Hazırda əsas məsələ addım-addım etimad quruculuğu tədbirlərinin həyata keçirilməsidir.
İki ölkə arasında etimad quruculuğu prosesinin digər bir istiqaməti də sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir.
Doğrudur, bu proses bilavasitə sülh danışıqları ilə bağlı deyil.
Çünki sərhədlərin dəqiqləşdirilməsi uzun müddət yerdə iş aparılmasını tələb edən bir prosesdir.