Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Cənubi Qafqazda sabitliyin təməli qoyulur

Cənubi Qafqazda sabitliyin təməli qoyulur

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şərti sərhəddə artıq gərginlik yox, əməkdaşlıq mühiti duyulur

Avqustun 8-də Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanmasından, eləcə də Birgə Bəyannamənin imzalanmasından sonra bölgəmizdə tamamilə fərqli ab-hava yaranıb.

Bu sənədlərin imzalanması ilə Cənubi Qafqazda yeni siyasi mərhələnin əsasları qoyuldu desək, yəqin ki, səhv etmərik. İllərdir davam edən silahlı qarşıdurmanın, münaqişənin, müharibələrin, atəşkəs pozuntularının yerini real əməkdaşlıq imkanları almağa başlayır. Hazırda əsas məsələ addım-addım etimad quruculuğu tədbirlərinin həyata keçirilməsidir.

İki ölkə arasında etimad quruculuğu prosesinin digər bir istiqaməti də sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir. Doğrudur, bu proses bilavasitə sülh danışıqları ilə bağlı deyil. Çünki sərhədlərin dəqiqləşdirilməsi uzun müddət yerdə iş aparılmasını tələb edən bir prosesdir.

Bununla belə, Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında saziş imzalayacaqları sülh sazişinin paraflanmış mətnində bilavasitə öz əksini tapıb. Sazişin VI maddəsində bununla bağlı deyilir: “Tərəflər hazırkı sazişin I maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar”.

Sazişin I maddəsində isə bildirilib ki, tərəflər, keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

Sentyabrın 5-də bu istiqamətdə növbəti addım atılıb. Həmin gün Baş nazirin müavini Şahin Mustafayevin və onun ermənistanlı həmkarı Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub. Bununla bağlı yayılan məlumatda bildirilib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq sahələrinin/hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, həmçinin zəruri infrastrukturun bərpası, tikintisi və onların icra müddətləri ilə bağlı məsələləri müzakirə ediblər. Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşünün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Beləliklə, bir daha aydın olur ki, Vaşinqtonda imzalanan sənədlər, əslində, təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət etmir. Bu, həm də bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən tarixi hadisədir. Çünki ilk dəfədir ki, iki qonşu dövlət gərginlik ritorikasını kənara qoyaraq, beynəlxalq aləmdə tanınan prinsiplərə əsaslanan bir yol xəritəsini ortaya qoyurlar. Azərbaycan və Ermənistanın ABŞ kimi güclü vasitəçinin iştirakı ilə əldə etdikləri razılaşmalar, sözün əsl mənasında, bölgəmizin gələcəyinə işıq salır. Prezident İlham Əliyevin avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalında yayımlanan müsahibəsi zamanı bildirdiyi kimi, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Dövlətimizin başçısı prosesi qiymətləndirərkən deyib: “Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq”.

Lakin Prezidentin sözlərinə görə, fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

İlham Əliyevin dediyi kimi, bu sənəd artıq müharibənin sonu deməkdir. Dövlət başçısının sözləri sadəcə siyasi bəyanat deyil, həm də gələcəyə inamın ifadəsidir. O, açıq şəkildə bildirdi ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəalar aradan qaldırıldıqdan sonra formal olaraq sülh sazişi də imzalanacaq. Bu, həm siyasi iradənin, həm də qarşılıqlı etimadın göstəricisidir. Ən önəmlisi isə budur ki, tərəflər artıq real praktiki addımlar atmağa başlayıblar.

Sentyabrın 5-də baş tutan qarşılıqlı səfərlər də bunu təsdiqləyir. Hər iki ölkədən baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri sərhəd xəttinin müxtəlif hissələrində görüşlər keçirib, infrastrukturun bərpası və minalardan təmizlənməsi ilə bağlı məsələləri müzakirə ediblər. Bu fakt özü göstərir ki, Vaşinqtonda imzalanmış sənədlər kağız üzərində qalmayıb, artıq həyati əhəmiyyət daşıyan sahələrdə tətbiq olunur.

Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, əslində, belə addımlar sülhün bərqərar olmasının ən real zəmanətidir. Onun sözlərinə görə, əvvəllər şərti sərhədlər boyunca hərbi qarşıdurmalar, atəşkəs pozuntuları baş verirdisə, indi həmin ərazilər əməkdaşlıq və etimad quruculuğunun mərkəzinə çevrilməkdədir: “Bu dəyişiklik həm də xalqların psixologiyasına təsir göstərir. İnsanlar artıq silah səsləri yox, infrastruktur layihələrinin uğurla icrası haqqında xəbərlər eşitmək istəyirlər. Azərbaycan və Ermənistan cəmiyyətləri uzun illərdən sonra ilk dəfə olaraq, sabitlik və qonşuluq münasibətləri barədə düşünməyə başlayıblar. Bölgədə yaranan yeni ab-hava, şübhəsiz ki, yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Çünki sülhün möhkəmlənməsi həm də regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişlənməsi, ticarət və nəqliyyat layihələrinin reallaşması deməkdir. Cənubi Qafqazın mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi artıq sadəcə nəzəri mülahizə deyil, real perspektivdir. Bu isə Azərbaycanın da, Ermənistanın da iqtisadi imkanlarını yaxşılaşdıracaq”.

Z.Məmmədovun fikrincə, bütün bunlar bir daha təsdiqləyir ki, sülh prosesində ən vacib amil siyasi iradədir: “Azərbaycan dəfələrlə sübut edib ki, regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Ermənistan da bu mövqeyi bölüşməyə başladıqca, uzun illərin qarşıdurması tədricən keçmişə çevriləcək. Sülh və əməkdaşlıq yoluna qədəm qoyan ölkələr isə həm beynəlxalq aləmdə dəstəklənəcək, həm də öz vətəndaşlarına layiqli gələcək bəxş edəcəklər.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri