Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Gürcüstan dostluqdan strateji tərəfdaşlığa, sabitlikdən birgə inkişafa gedən yolun iki qardaş xalqıdır.
Azərbaycan və Gürcüstan arasındakı əlaqələr bu gün təkcə iki qonşu ölkənin diplomatik münasibətləri kimi deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və tərəqqi modelinə çevrilmişdir.
Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin mətbuat üçün birgə bəyanatları bu əməkdaşlığın dərinliyini və əhəmiyyətini bir daha nümayiş etdirdi.
Yeni seçilmiş Gürcüstan Prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında formalaşmış sarsılmaz etimadın və qarşılıqlı hörmətin təzahürüdür.
Cənab Prezident İlham Əliyev bu addımı yüksək qiymətləndirərək vurğuladı ki, “Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk.
Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.” Azərbaycan və Gürcüstanın ortaq maraqları yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır.
İki ölkə birgə həyata keçirdiyi neft, qaz, dəmir yolu və liman layihələri ilə Cənubi Qafqazı Avropa və Asiya arasında strateji tranzit mərkəzinə çeviriblər.