Icma.az
close
up
RU
Cənubi Qafqazda strateji əməkdaşlıq modeli və Azərbaycan Gürcüstan münasibətləri ŞƏRH

Cənubi Qafqazda strateji əməkdaşlıq modeli və Azərbaycan Gürcüstan münasibətləri ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Gürcüstan dostluqdan strateji tərəfdaşlığa, sabitlikdən birgə inkişafa gedən yolun iki qardaş xalqıdır. Azərbaycan və Gürcüstan arasındakı əlaqələr bu gün təkcə iki qonşu ölkənin diplomatik münasibətləri kimi deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və tərəqqi modelinə çevrilmişdir. Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin mətbuat üçün birgə bəyanatları bu əməkdaşlığın dərinliyini və əhəmiyyətini bir daha nümayiş etdirdi. Yeni seçilmiş Gürcüstan Prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında formalaşmış sarsılmaz etimadın və qarşılıqlı hörmətin təzahürüdür. Cənab Prezident İlham Əliyev bu addımı yüksək qiymətləndirərək vurğuladı ki, “Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.” Azərbaycan və Gürcüstanın ortaq maraqları yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır. İki ölkə birgə həyata keçirdiyi neft, qaz, dəmir yolu və liman layihələri ilə Cənubi Qafqazı Avropa və Asiya arasında strateji tranzit mərkəzinə çeviriblər. Prezident Əliyev bu barədə qeyd etdi ki, “Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”. Prezident İlham Əliyev əlavə edib ki, “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat, kommunikasiya layihələri Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.” Bununla yanaşı, Azərbaycanın 12 ölkəyə təbii qaz ixracında Gürcüstan ərazisinin tranzit rolu bu əməkdaşlığın praktik və qarşılıqlı faydalı təbiətini göstərir. Bu, həm də regionda enerji təhlükəsizliyinə töhfə verən mühüm amillərdəndir. Cənubi Qafqazın gələcəyinə dair yanaşmalarında da Azərbaycan və Gürcüstan ortaq mövqedə dayanır. Sülh və əmin-amanlığın təmin edilməsi hər iki dövlətin prioritetidir. Prezident Əliyevin bu istiqamətdə söylədikləri gələcəyə ümidlə baxmağa əsas verir: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək. Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram”. Bu birmənalı əməkdaşlıq modeli həm də beynəlxalq münasibətlərdə nümunəvi siyasi davranış kimi qiymətləndirilə bilər. Azərbaycan və Gürcüstan arasında güclü siyasi dialoq, qarşılıqlı dəstək və əməkdaşlığa əsaslanan yanaşma, regionun sabitliyi və davamlı inkişafı baxımından həyati əhəmiyyət daşıyır. Sonda bir daha qeyd etmək olar ki, cənab Prezident İlham Əliyevin bəyanatında ifadə edilən fikirlər, yalnız hazırkı münasibətləri deyil, gələcəkdə bu əlaqələrin daha da dərinləşəcəyini göstərən siyasi yol xəritəsidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi; “Bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.”

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri