Cənubi Qafqazda təhlükəsizlik arxitekturası formalaşır? AÇIQLAMA | Icma.az
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yaxın günlərdə Türkiyədə üçtərəfli formatda görüşü keçiriləcək.
Bəs görüşdə Ermənistanla münasibətlərin müzakirə olunması gözlənilirmi?
Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, bu, regional üçlü formatdır və bütün region ölkələri – yəni Türkiyə, Azərbaycan və Gürcüstan üçün xüsusi geosiyasi əhəmiyyətə malikdir: “Çünki bu üçlü format həm əməkdaşlığa, həm də təhlükəsizliyə xidmət edən bir mexanizmdir.
Lakin düşünürəm ki, bu formatın tərkibində çatışmayan bir dövlət var, o da Ermənistandır.
Ona görə ki, Ermənistan da Cənubi Qafqazın bir hissəsidir və əgər o da bu üçlü formata qoşularsa, bu format dördlü formata çevrilər.
Fikrimcə, bu addım regionda yeni təhlükəsizlik arxitekturasına mühüm töhfə verər.
Bu, həmçinin xarici qüvvələrin regiona müdaxiləsinin qarşısının alınmasına kömək edə bilər.
Tam oxu
Xəbəri oxu