Icma.az
close
up
RU
Cənubi Qafqazda təhlükəsizlik arxitekturası formalaşır? AÇIQLAMA

Cənubi Qafqazda təhlükəsizlik arxitekturası formalaşır? AÇIQLAMA

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yaxın günlərdə Türkiyədə üçtərəfli formatda görüşü keçiriləcək.

Bəs görüşdə Ermənistanla münasibətlərin müzakirə olunması gözlənilirmi?

Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, bu, regional üçlü formatdır və bütün region ölkələri – yəni Türkiyə, Azərbaycan və Gürcüstan üçün xüsusi geosiyasi əhəmiyyətə malikdir:

“Çünki bu üçlü format həm əməkdaşlığa, həm də təhlükəsizliyə xidmət edən bir mexanizmdir. Lakin düşünürəm ki, bu formatın tərkibində çatışmayan bir dövlət var, o da Ermənistandır. Ona görə ki, Ermənistan da Cənubi Qafqazın bir hissəsidir və əgər o da bu üçlü formata qoşularsa, bu format dördlü formata çevrilər. Fikrimcə, bu addım regionda yeni təhlükəsizlik arxitekturasına mühüm töhfə verər. Bu, həmçinin xarici qüvvələrin regiona müdaxiləsinin qarşısının alınmasına kömək edə bilər. Cənubi Qafqazda vahid bir sistem qurularsa və qardaş Türkiyə də bu prosesdə dördüncü güc mərkəzi kimi iştirak edərsə, bu, əlavə təhlükəsizlik zəmanəti anlamına gələr. Bu baxımdan əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunmaqla yanaşı, düşünürəm ki, perspektivdə Ermənistanın da bu formata qoşulması üçün stimullaşdırıcı siyasətə üstünlük verilməlidir və bu məsələ ciddi şəkildə nəzərdən keçirilməlidir”.

Politoloq qeyd edib ki, bu gün sürətlə dəyişən dünyada Cənubi Qafqaz ölkələrinin belə bir təhlükəsizlik modelinə xüsusi ehtiyacı var:

“Bildiyiniz kimi, qlobal güclər hazırda müəyyən sövdələşmələr və danışıqlar aparırlar ki, bu da onların təsir dairələrini genişləndirməyə hesablanıb. Belə bir şəraitdə Cənubi Qafqazda bütöv bir təhlükəsizlik arxitekturası qurularsa və Türkiyə də bu prosesin ayrılmaz hissəsinə çevrilərsə, bu, çox ciddi bir təhlükəsizlik mexanizmi və güc mərkəzi formalaşdıra bilər. Üstəlik, Türk dünyası da bu sistemə qoşularsa, Avrasiya regionunda mühüm güc mərkəzlərindən birinin yaranması ehtimalı daha da artar. Buna görə də bu mövzu hələ müzakirə predmetinə çevrilməsə də, düşünürəm ki, gələcəkdə onun müzakirəsi zəruri ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 Fevral 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri