Cessika Alba keçmiş ərinə milyonlarla dollar ödəyəcək

24.11.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hollivud ulduzu Cessika Albanın keçmiş həyat yoldaşı, prodüser Keş Uorren aktrisadan 3,5 milyon dollar tələb edib.

Axşam.az xəbər verir ki, məhkəmə Cessikanı keçmiş ərinə 577 min dollardan çox pul ödəməyə məcbur edib. Bu məbləğ aktrisaya məxsus “HonorBar Inc.” şirkətinin gəlirlərinin bölüşdürülməsi ilə bağlıdır. Alba daha əvvəl də maliyyə hesablaşması çərçivəsində Uorrenə 3 milyon dollar ödəyib.

Bununla yanaşı, Keş Uorren aktrisanın “The Honest Company” şirkətindəki səhmlərinin 50 faizini əldə edəcək. Lakin həmin səhmləri satmaq hüququ məhdudlaşdırılıb.

Məlumata görə, keçmiş cütlüyün üç övladı var: 17 yaşlı Honor Mari, 14 yaşlı Heyven Qarner və 8 yaşlı Heyes. Uorren uşaqlar üçün aliment ödəməyəcək.

Qeyd edək ki, Cessika Alba 2025-ci ilin fevralında 16 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Razılaşmaya əsasən, Keş Uorren aktrisanın evli olduqları müddətdə çəkildiyi layihələrdən qazandığı qonorar və müəllif ödənişlərinin yarısını alacaq.

Evlilik dövründə Cessika “The Honest Company” adlı ekoloji təmiz məhsullar brendini yaradıb. 2015-ci ildə “Forbes” jurnalının üz qabığında yer alan aktrisanın sərvəti bir il sonra 200 milyon dollar qiymətləndirilib.

Hazırda Alba özündən 11 yaş kiçik aktyor Denni Ramireslə münasibətdədir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью