Cessika Alba keçmiş ərinə milyonlarla dollar ödəyəcək
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hollivud ulduzu Cessika Albanın keçmiş həyat yoldaşı, prodüser Keş Uorren aktrisadan 3,5 milyon dollar tələb edib.
Axşam.az xəbər verir ki, məhkəmə Cessikanı keçmiş ərinə 577 min dollardan çox pul ödəməyə məcbur edib. Bu məbləğ aktrisaya məxsus “HonorBar Inc.” şirkətinin gəlirlərinin bölüşdürülməsi ilə bağlıdır. Alba daha əvvəl də maliyyə hesablaşması çərçivəsində Uorrenə 3 milyon dollar ödəyib.
Bununla yanaşı, Keş Uorren aktrisanın “The Honest Company” şirkətindəki səhmlərinin 50 faizini əldə edəcək. Lakin həmin səhmləri satmaq hüququ məhdudlaşdırılıb.
Məlumata görə, keçmiş cütlüyün üç övladı var: 17 yaşlı Honor Mari, 14 yaşlı Heyven Qarner və 8 yaşlı Heyes. Uorren uşaqlar üçün aliment ödəməyəcək.
Qeyd edək ki, Cessika Alba 2025-ci ilin fevralında 16 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Razılaşmaya əsasən, Keş Uorren aktrisanın evli olduqları müddətdə çəkildiyi layihələrdən qazandığı qonorar və müəllif ödənişlərinin yarısını alacaq.
Evlilik dövründə Cessika “The Honest Company” adlı ekoloji təmiz məhsullar brendini yaradıb. 2015-ci ildə “Forbes” jurnalının üz qabığında yer alan aktrisanın sərvəti bir il sonra 200 milyon dollar qiymətləndirilib.
Hazırda Alba özündən 11 yaş kiçik aktyor Denni Ramireslə münasibətdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















