Çətənə toxumunun faydaları

16.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Çətənə toxumunun tərkibi və faydaları

Çətənə toxumunun tərkibinin 30%-i yağdır, Omega-6 və Omega-3 baxımından zəngindir. Çətənə toxumu həmçinin E vitamini, fosfor, sodium, maqnezium, dəmir kimi maddələrlə zəngin olduğundun sağlamlıq üçün çox faydalı hesab olunur. Çətənə toxumu yağı da xeyli faydalı bir qida vasitəsi kimi istifadə oluna bilər.

Çətənə tərkibli məhsulların üstünlükləri:

Çətənə toxumu ürək xəstəliklərinə qarşı profilaktik tədbir görür. Dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biri də ürək-damar xəstəlikləridir. Çətənə məhsulları ürək-damar xəstəlikləri riskini minimuma endirir. Bəzi elmi araşdırmalar çətənənin autoimmun xəstəliklərinə qarşı da mübarizə apararaq ümumi orqanizmin sağlamlığına yaxşı təsir etdiyini ortaya qoyub.

Bu məhsullar:

Ürək sağlamlığını qoruyur, İltihabəleyhinə vasitədir, Dəri problemlərini aradan qaldırır, Şəkərli diabet riskindən qoruyur, Metabolik sindrom və digər şikayətləri olanlar üçün faydalıdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью