Çətir məsələsi böyüyür: “Əsas odur ki, Ramiz Mehdiyevin şəklini götüzdürüb” FOTO | Icma.az
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ötən gün 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edən zaman çətirini özünün yox, başqasının tutması müzakirələrə səbəb olub.
Prezident İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanını ziyarət edən zamanı çətirini özü tutduğu halda akademiya prezidentinin çətir üçün yanında adam gəzdirməsi birmənalı qarşılanmayıb.
Ölkə.Az yazır ki, Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov İ.Həbibbəyli barədə gedən müzakirələr fonunda onunla bağlı bir məhkəmə işindən danışıb.
“Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir.
Nəqliyyat Nazirliyinin yanında "Karvan" restoranı var. Həmin restoran da bu kişinindir.
2015-ci ildə həmin restoranda ofisiant işləyən bir cavan oğlanı çilçırağı təmizləmək üçün tavana qaldırmışdılar.
Oğlan oradan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim.
Tam oxu
Xəbəri oxu