Çətir məsələsi böyüyür: “Əsas odur ki, Ramiz Mehdiyevin şəklini götüzdürüb” FOTO
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ötən gün 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edən zaman çətirini özünün yox, başqasının tutması müzakirələrə səbəb olub.
Prezident İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanını ziyarət edən zamanı çətirini özü tutduğu halda akademiya prezidentinin çətir üçün yanında adam gəzdirməsi birmənalı qarşılanmayıb.
Ölkə.Az yazır ki, Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov İ.Həbibbəyli barədə gedən müzakirələr fonunda onunla bağlı bir məhkəmə işindən danışıb.
“Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında "Karvan" restoranı var. Həmin restoran da bu kişinindir. 2015-ci ildə həmin restoranda ofisiant işləyən bir cavan oğlanı çilçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan oradan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitse-prezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəccüb doğururdu.
Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq çətirini saxlayan da var. Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir”, - deyə o əlavə edib.
Billurə Yunus

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















