Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tədbirdə iştirak edən 15 Temmuz Şehitler ve Gaziler Derneği (15 Temmuz Derneği) rəhbəri İsmail Hakkı Turunç Bizimyol.info xəbər portalının “Türkiyədə yenidən çevrilişə cəhd olunma ehtimalı varmı və tarixi hadisənin təkrarlanmaması üçün hansı tədbirlər görülür?” sualını cavablayıb: “15 Temmuz yaşandı, millət də xainləri yerinə oturtdu, çevrilişə cəhd yatırıldı. Millət demokratik haqlarını qoruyur və Türkiyədə həyat davam edir. Bizim bir mədəniyyətimiz var. Mədəniyyətimizə görə yer üzündə iki cür insan var: haqqa tabe olmuş, həqiqət mədəniyyətini qurmaq yol gedən insnalar var, bir də inancsız, bizim dəyərlərə inanmayan insanlar var. İnanmayanlar bir fürsət tapdıqları zaman yenə Türkiyədə, yenə qardaş ölkələrdə çevriliş etməyə çalışa bilərlər. Dövlətin və millətin mədəniyyətinə sahib çıxaraq çox güclü olmağımız lazımdır ki, kimsə çevrilişə təşəbbüs etməsin”.
İsmail Hakkı Turunç bildirib ki, bunun üçün hərhansı bir mövzuda boşluq buraxmamaq lazımdır: “Bizim inandığımız gözəl dəyərlər bu millətin uşaqlarına aşılanmalı, uşaqlar bu dəyərlərlə böyüdülməlidir. Çünki vətən sevgisi imandandır. Həmin gün küçələrə çıxan insanların iman problemi vardı. Heç tərəddüd etmədən yüzlərlə gülləni üzərimizə yağdırdılar. Yüzlərlə insan şəhid oldu, qazi oldu. Mənim də üzərimdən güllələr keçdi. Qismətim olmadı. Nə şəhid oldum, nə qazi ola bildim”.
İsmail Hakkı Turunç təəssüflə vurğulayıb ki, güllə atan insanlar Türkiyə Cümhuriyyətinə məxsus şəxsiyyət vəsiqəsini daşıyan, amma imperialist ölkələrdən ağıl alan və onların ideologiyasını mənimsəmiş aciz insanlar idi: “Bu gün həmin insanlar həbsdədir və bəlkə də ömürlərinin sonuna kimi çıxa bilməyəcəklər. Ya dövlətinizə və bayrağınıza sahib çıxacaqsınız, ya da xainlərlə bərabər olacaqsınız. Amma xainlər hər zaman uduzar”.
Orxan, Bizimyol.info