Icma.az
close
up
RU
Çevrilişə cəhd edənlər imperialist ölkələrdən ağıl alan və onların ideologiyasını mənimsəmiş aciz insanlar idi Video

Çevrilişə cəhd edənlər imperialist ölkələrdən ağıl alan və onların ideologiyasını mənimsəmiş aciz insanlar idi Video

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün "UID Azərbaycan" tərəfindən Bakı şəhərində səhər yeməyi proqramı təşkil edilib. Tədbirdə 150-yə yaxın müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları, Türkiyədən Azərbaycana gəlib çalışan peşəkar şəxslər, media nümayəndələri və şəhid ailələri üzvləri iştirak ediblər. Proqramın əsas məqsədi "UID Azərbaycan"ın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaq olub.

Tədbirdə iştirak edən 15 Temmuz Şehitler ve Gaziler Derneği (15 Temmuz Derneği) rəhbəri İsmail Hakkı Turunç Bizimyol.info xəbər portalının “Türkiyədə yenidən çevrilişə cəhd olunma ehtimalı varmı və tarixi hadisənin təkrarlanmaması üçün hansı tədbirlər görülür?” sualını cavablayıb: “15 Temmuz yaşandı, millət də xainləri yerinə oturtdu, çevrilişə cəhd yatırıldı. Millət demokratik haqlarını qoruyur və Türkiyədə həyat davam edir. Bizim bir mədəniyyətimiz var. Mədəniyyətimizə görə yer üzündə iki cür insan var: haqqa tabe olmuş, həqiqət mədəniyyətini qurmaq yol gedən insnalar var, bir də inancsız, bizim dəyərlərə inanmayan insanlar var. İnanmayanlar bir fürsət tapdıqları zaman yenə Türkiyədə, yenə qardaş ölkələrdə çevriliş etməyə çalışa bilərlər. Dövlətin və millətin mədəniyyətinə sahib çıxaraq çox güclü olmağımız lazımdır ki, kimsə çevrilişə təşəbbüs etməsin”.

İsmail Hakkı Turunç bildirib ki, bunun üçün hərhansı bir mövzuda boşluq buraxmamaq lazımdır: “Bizim inandığımız gözəl dəyərlər bu millətin uşaqlarına aşılanmalı, uşaqlar bu dəyərlərlə böyüdülməlidir. Çünki vətən sevgisi imandandır. Həmin gün küçələrə çıxan insanların iman problemi vardı. Heç tərəddüd etmədən yüzlərlə gülləni üzərimizə yağdırdılar. Yüzlərlə insan şəhid oldu, qazi oldu. Mənim də üzərimdən güllələr keçdi. Qismətim olmadı. Nə şəhid oldum, nə qazi ola bildim”.

İsmail Hakkı Turunç təəssüflə vurğulayıb ki, güllə atan insanlar Türkiyə Cümhuriyyətinə məxsus şəxsiyyət vəsiqəsini daşıyan, amma imperialist ölkələrdən ağıl alan və onların ideologiyasını mənimsəmiş aciz insanlar idi: “Bu gün həmin insanlar həbsdədir və bəlkə də ömürlərinin sonuna kimi çıxa bilməyəcəklər. Ya dövlətinizə və bayrağınıza sahib çıxacaqsınız, ya da xainlərlə bərabər olacaqsınız. Amma xainlər hər zaman uduzar”.

Orxan, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri