“ChatGPT” çökdü “OpenAI” təsdiqlədi

25.07.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Süni intellekt platforması ChatGPTnin fəaliyyətində qlobal nasazlıq qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, dünyanın müxtəlif ölkələrində minlərlə istifadəçi xidmətə daxil olmaqda, sorğu göndərməkdə və əvvəlki söhbətlərə çıxış əldə etməkdə problemlərlə üzləşib.

İstifadəçilərin əksəriyyəti sistemin yüklənmədiyini və müxtəlif xəta bildirişləri göstərdiyini bildirib.

“OpenAI” nasazlığı təsdiqləyib. Şirkətin rəsmi status səhifəsində “ChatGPT”, “API” və “Codex” xidmətlərində xəta göstəricilərinin artdığı, problemin səbəblərinin araşdırıldığı qeyd olunub.

Hələlik nasazlığın yaranma səbəbi və xidmətlərin tam bərpa olunacağı vaxt barədə rəsmi məlumat verilməyib. “OpenAI” problemin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью