“ChatGPT” çökdü “OpenAI” təsdiqlədi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Süni intellekt platforması “ChatGPT”nin fəaliyyətində qlobal nasazlıq qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, dünyanın müxtəlif ölkələrində minlərlə istifadəçi xidmətə daxil olmaqda, sorğu göndərməkdə və əvvəlki söhbətlərə çıxış əldə etməkdə problemlərlə üzləşib.
İstifadəçilərin əksəriyyəti sistemin yüklənmədiyini və müxtəlif xəta bildirişləri göstərdiyini bildirib.
“OpenAI” nasazlığı təsdiqləyib. Şirkətin rəsmi status səhifəsində “ChatGPT”, “API” və “Codex” xidmətlərində xəta göstəricilərinin artdığı, problemin səbəblərinin araşdırıldığı qeyd olunub.
Hələlik nasazlığın yaranma səbəbi və xidmətlərin tam bərpa olunacağı vaxt barədə rəsmi məlumat verilməyib. “OpenAI” problemin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirib.
Baxış sayı:57
Bu xəbər 25 İyul 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















