Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rəqəmsallaşan dünyada informasiyaya sürətli çıxış, vətəndaşla dövlət arasında şəffaf münasibətlərin qurulması və xidmətlərin operativ həyata keçirilməsi müasir idarəçilik sistemlərinin əsas prioritetlərindən birinə çevrilib.
Bu məqsədlə son illərdə Azərbaycanda bir sıra dövlət qurumları mobil və veb əsaslı tətbiqlər hazırlayaraq vətəndaşlara təqdim edir.
Bu proqramlar təkcə texnoloji yenilik deyil, eyni zamanda idarəetmədə çevikliyi, hesabatlılığı və əlçatanlığı artıran mühüm vasitə kimi çıxış edir.
Artıq bir çox rəsmi xidmətlərə yerindən tərpənmədən, bir neçə kliklə daxil olmaq mümkündür.
Bu, həm də ictimai nəzarətin gücləndirilməsinə, vətəndaş iştirakçılığının artmasına və ümumilikdə dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.
Modern.az vətəndaşlar arasında ən çox istifadə olunan rəsmi qurumların mobil tətbiqlərini araşdırıb. 1.
myGov myGov tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb və idarə olunur.