Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin “Chang’e-6” adlı kosmik missiyası çərçivəsində Ayın qaranlıq tərəfindəki səthdən toplanaraq Yerə gətirilən toz nümunələri elmi aləmdə heyrət doğuran mikroskopik bir xəzinəni üzə çıxarıb.
Bizimyol.info xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində, indiyə qədər Yer üzündə çox nadir rast gəlinən, su ehtiva edən bir növ meteoritin hissəciklərinə rast gəlinib.
Çin Elmlər Akademiyasından geokimyaçılar Jintuan Vanq və Jiminq Çenin rəhbərlik etdiyi tədqiqat qrupu “Chang’e-6” aparatının gətirdiyi 5.000-dən artıq toz nümunəsini araşdıraraq bu nəticəyə gəlib.
Aparılan analizlər zamanı, “Ivuna tipli karbonlu kondrit” (CI kondrit) adlandırılan və su ilə zəngin olan meteorit növünün mikroskopik qalıqları aşkar olunub.
Bu isə Ay səthində belə bir materialın ilk dəfə təsdiqlənməsi deməkdir.
CI kondritləri tərkibinin təxminən 20 faizi su ilə bağlı minerallardan ibarət olduğuna görə çox məsaməli və yumşaq quruluşa malikdir.
Bu səbəbdən Yer atmosferinə daxil olduqda asanlıqla parçalanırlar. Yer səthində tapılan meteoritlərin yalnız 1 faizindən azı bu tipə aiddir.