Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Çin Ayın qaranlıq üzündən gətirdiyi tozda gözlənilməz bir kəşf etdi

Çin Ayın qaranlıq üzündən gətirdiyi tozda gözlənilməz bir kəşf etdi

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin “Chang’e-6” adlı kosmik missiyası çərçivəsində Ayın qaranlıq tərəfindəki səthdən toplanaraq Yerə gətirilən toz nümunələri elmi aləmdə heyrət doğuran mikroskopik bir xəzinəni üzə çıxarıb.

Bizimyol.info xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində, indiyə qədər Yer üzündə çox nadir rast gəlinən, su ehtiva edən bir növ meteoritin hissəciklərinə rast gəlinib.

Çin Elmlər Akademiyasından geokimyaçılar Jintuan Vanq və Jiminq Çenin rəhbərlik etdiyi tədqiqat qrupu “Chang’e-6” aparatının gətirdiyi 5.000-dən artıq toz nümunəsini araşdıraraq bu nəticəyə gəlib.

Aparılan analizlər zamanı, “Ivuna tipli karbonlu kondrit” (CI kondrit) adlandırılan və su ilə zəngin olan meteorit növünün mikroskopik qalıqları aşkar olunub. Bu isə Ay səthində belə bir materialın ilk dəfə təsdiqlənməsi deməkdir.

CI kondritləri tərkibinin təxminən 20 faizi su ilə bağlı minerallardan ibarət olduğuna görə çox məsaməli və yumşaq quruluşa malikdir. Bu səbəbdən Yer atmosferinə daxil olduqda asanlıqla parçalanırlar. Yer səthində tapılan meteoritlərin yalnız 1 faizindən azı bu tipə aiddir.

Ayda atmosfer mövcud olmasa da, bu tip meteoritlərin yüksək sürətlə çarpışmalar zamanı buxarlanaraq yoxa çıxacağı düşünülürdü. Lakin “Chang’e-6” missiyasının gətirdiyi nümunələrdə bu hissəciklərin mikroskopik miqyasda qorunduğu müəyyən olunub.

“Chang’e-6” missiyasının topladığı nümunələr, Ay səthinin demək olar ki, dörddə birini əhatə edən Cənub Qütbü–Aitken Hövzəsində yerləşən Apollon krateri ərazisindən götürülüb. Bu region, Günəş Sisteminin ilkin dövrlərinə aid toqquşma izlərini qoruyub saxlamaq potensialı ilə tanınır.

Tədqiqat qrupu skan edən elektron mikroskop və izotop analizləri vasitəsilə yeddi kiçik hissəcikdə CI kondritlərinə məxsus kimyəvi tərkibə rast gəlib. Bu hissəciklərin, milyardlarla il əvvəl Ayın səthinə düşmüş su ilə zəngin asteroidlərin qalıqları olduğu və o zamandan bu yana dəyişmədən qaldığı qənaətinə gəlinib.

Bu kəşf, su və digər uçucu maddələrin Yerə və Aya necə çatdırıldığı ilə bağlı suala da işıq sala bilər. Alimlər uzun müddətdir ki, CI kondritlərinin erkən dövrlərdə planetlərə su daşıyan əsas vasitə ola biləcəyini irəli sürürdülər.

Araşdırmaçılara görə, Aydan gətirilən bu tapıntılar həmin nəzəriyyəni daha da möhkəmləndirir. Hətta aparılan analizlər göstərir ki, Ayda rast gəlinən meteorit qalıqlarının təxminən 30 faizi CI tipinə aid ola bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri