Çin bazarı üçün istehsal olunan maşınlarla bağlı XƏBƏRDARLIQ Ən çox rast gəlinən PROBLEMLƏ…
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq. Son zamanlar Çin avtomobilləri bütün dünyada populyarlıq qazanıb.
Ölkəmizə gətirilən yeni avtomobillər arasında Çin istehsalı maşınlar xüsusi çəkiyə malikdir.Bu marağın əsas səbəbi Çin avtomobillərinin digər yeni maşınlarla müqayisədə daha sərfəli qiymətə təklif olunmasıdır.
Üstəlik hibrid avtomobillər yanacaq sərfiyyatında da fərqlənir.
Ona görə də Çinin əksər avtomobil firmalarının ölkəmizdə rəsmi distrubiteri olmasa da, yerli fiziki və hüquqi şəxslər asanlıqla avtomobil gətirə bilir.Bəs Çin avtomobilləri ucuz olduğu qədər etibarlıdırmı?Suala avtomobil ustası Vüsal İskəndərov aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Çin avtomobil sənayesinin əsas problemlərindən biri xarici görünüşə həddindən artıq önəm verməsidir: “Alman avtomobil sənayesi belə bir avtomobillər istehsal edə bilməz.
Onlar üçün reputasiya o qədər əhəmiyyətlidir ki, bir səhv bütün imici məhv edə bilər.
Ancaq çinlilər tez bir zamanda çox sayda model istehsal etməyə çalışırlar.
Məsələn, bəzi modellərin oturacaqlarının nasaz olduğu barədə məlumatlar təsdiqlənib.
Tam oxu
Xəbəri oxu