Icma.az
close
up
RU
Çin bazarı üçün istehsal olunan maşınlarla bağlı XƏBƏRDARLIQ Ən çox rast gəlinən PROBLEMLƏR

Çin bazarı üçün istehsal olunan maşınlarla bağlı XƏBƏRDARLIQ Ən çox rast gəlinən PROBLEMLƏR

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son zamanlar Çin avtomobilləri bütün dünyada populyarlıq qazanıb. Ölkəmizə gətirilən yeni avtomobillər arasında Çin istehsalı maşınlar xüsusi çəkiyə malikdir.
Bu marağın əsas səbəbi Çin avtomobillərinin digər yeni maşınlarla müqayisədə daha sərfəli qiymətə təklif olunmasıdır. Üstəlik hibrid avtomobillər yanacaq sərfiyyatında da fərqlənir. Ona görə də Çinin əksər avtomobil firmalarının ölkəmizdə rəsmi distrubiteri olmasa da, yerli fiziki və hüquqi şəxslər asanlıqla avtomobil gətirə bilir.
Bəs Çin avtomobilləri ucuz olduğu qədər etibarlıdırmı?
Suala avtomobil ustası Vüsal İskəndərov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Çin avtomobil sənayesinin əsas problemlərindən biri xarici görünüşə həddindən artıq önəm verməsidir:
 

“Alman avtomobil sənayesi belə bir avtomobillər istehsal edə bilməz. Onlar üçün reputasiya o qədər əhəmiyyətlidir ki, bir səhv bütün imici məhv edə bilər. Ancaq çinlilər tez bir zamanda çox sayda model istehsal etməyə çalışırlar. Məsələn, bəzi modellərin oturacaqlarının nasaz olduğu barədə məlumatlar təsdiqlənib.


Ölkəmizə gətirilən avtomobillər əsasən Çinin daxili bazarı üçün nəzərdə tutulduğuna görə dil problemi var. Ən yaxşı halda Çin dilini ingilis dili ilə əvəzləyirlər. Amma bunu tamamilə etmək mümkün deyil. Bundan əlavə, Çin avtomobillərində radio dinləmək və digər xidmətlərdən istifadə etmək ancaq internet üzərindən mümkündür. Bu da əlavə xərc deməkdir”.
Müsahibimiz əlavə edib ki, Çin bazarı üçün nəzərdə tutulan avtomobillər Avropa bazarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab vermir:
“Ona görə də həmin avtomobillərin istehsalçı zəmanəti yoxdur. Bu da ondan xəbər verir ki, bu avtomobillərdə müxtəlif zavod qüsurlarının olma ehtimalı daha çoxdur. Digər bir problemsə avtomobilin üz qatının nazik metaldan olmasıdır. Ən xırda toxunuş avtomobilin səthində iz buraxır. Çin istehsalı olan avtomobillərin istismar təcrübəsi azdır, ona görə də onların nə qədər davamlı, təmirədayanıqlı və tələbsiz olduğu hələ məlum deyil”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri