“Çin hərbi paradla qonşulara mesaj göndərdi” POLİTOLOQ | Icma.az
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Ötən gün Çində böyük hərbi parad keçirilib.
Ekspertlər bildirirlər ki, Çin bu hərəkəti ilə həm öz hərbi gücünü nümayiş etdirmək, həm də beynəlxalq səhnədə mesaj vermək niyyətindədir.
Pekinin əsas diqqəti ABŞ və digər Qərb dövlətlərinə yönəlib.
Eyni zamanda, parad regiondakı qonşu ölkələrə də xəbərdarlıq siqnalı olaraq qiymətləndirilir.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq İlyas Hüseynov bildirib ki, Çin dövləti qlobal müharibəyə hazır olduğunu nümayiş etdirib: “Çin rəhbərinin çıxışında da bu fikirlər açıq şəkildə ifadə olunub.
Çin həm də ətraf dövlətlərə ismarıc göndərir ki, ölkə həm qüdrətlidir, həm də hərbi sahədə texnoloji üstünlüklərə malikdir.
Hazırda Çin hərbi sektoru texnoloji yeniliklərlə paralel inkişaf edir və milli silah istehsalında xarici asılılıqdan tam azad olub.
Ölkə öz milli hərbi məhsullarını istehsal edərək, strateji müstəqilliyini təmin edir”.
Tam oxu
Xəbəri oxu