Icma.az
close
up
RU
“Çin hərbi paradla qonşulara mesaj göndərdi” POLİTOLOQ

“Çin hərbi paradla qonşulara mesaj göndərdi” POLİTOLOQ

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Çində böyük hərbi parad keçirilib. Ekspertlər bildirirlər ki, Çin bu hərəkəti ilə həm öz hərbi gücünü nümayiş etdirmək, həm də beynəlxalq səhnədə mesaj vermək niyyətindədir.

Pekinin əsas diqqəti ABŞ və digər Qərb dövlətlərinə yönəlib. Eyni zamanda, parad regiondakı qonşu ölkələrə də xəbərdarlıq siqnalı olaraq qiymətləndirilir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq İlyas Hüseynov bildirib ki, Çin dövləti qlobal müharibəyə hazır olduğunu nümayiş etdirib:

“Çin rəhbərinin çıxışında da bu fikirlər açıq şəkildə ifadə olunub. Çin həm də ətraf dövlətlərə ismarıc göndərir ki, ölkə həm qüdrətlidir, həm də hərbi sahədə texnoloji üstünlüklərə malikdir.

Hazırda Çin hərbi sektoru texnoloji yeniliklərlə paralel inkişaf edir və milli silah istehsalında xarici asılılıqdan tam azad olub. Ölkə öz milli hərbi məhsullarını istehsal edərək, strateji müstəqilliyini təmin edir”.

Politoloq qeyd edib ki, bu nümayiş region ölkələrinə, xüsusilə Tayvan, Yaponiya və Hindistana xəbərdarlıq siqnalı daşıyır:

“Pekin nüvə imkanlarını açıq şəkildə nümayiş etdirərək, ABŞ-la hərbi əməkdaşlıq edən qonşu dövlətlərə balanslaşdırıcı təsir göstərmək niyyətindədir.

Çin həm daxili bazarını qoruyur, həm də bir sıra dövlətlərə ixrac həyata keçirir. Ölkə silah bazarında hegemon mövqedən çəkinmək siyasətini də vurğulayır.

Bununla yanaşı, Çin dünya silah bazarında əhəmiyyətli mövqe tutur və supergüc statusunu daha da gücləndirir”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri