Çin lideri Ukraynada sülhün “açarından” danışdı “Vacibdir ki...”

26.02.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çinin sədri Si Cinping Pekində Almaniya kansleri Friedrix Merz ilə görüşü zamanı bildirib ki, Rusiyanın başlatdığı Ukrayna müharibəsinin başa çatması üçün bütün tərəflərin qanuni narahatlıqları nəzərə alınmalıdır. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Si Cinping vurğulayıb ki, beynəlxalq vəziyyət İkinci Dünya müharibəsindən sonra ən dərin dəyişiklik mərhələsini yaşayır. Çin XİN-in açıqlamasına görə, o, Ukraynadakı müharibə ilə bağlı ölkəsinin “prinsipial mövqeyini” ifadə edib. 

Çin liderinin sözlərinə görə, müharibənin başa çatdırılması yolunun “açarı” ardıcıl dialoq və danışıqlardadır: “Vacibdir ki, bütün tərəflərin bərabər iştirakı təmin olunsun və sülh üçün möhkəm zəmin yaradılsın; bütün tərəflərin qanuni narahatlıqları nəzərə alınsın və sülhə iradə gücləndirilsin; ümumi təhlükəsizlik prinsipi həyata keçirilsin və davamlı sülh arxitekturası qurulsun”.

Öz növbəsində Merz bildirib ki, Almaniya və Çin qlobal çağırışların birgə həlli üçün məsuliyyət daşıyır. Görüş zamanı tərəflər beynəlxalq təhlükəsizlik və geosiyasi sabitlik məsələlərini də müzakirə ediblər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью