Çin lideri Ukraynada sülhün “açarından” danışdı “Vacibdir ki...”
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çinin sədri Si Cinping Pekində Almaniya kansleri Friedrix Merz ilə görüşü zamanı bildirib ki, Rusiyanın başlatdığı Ukrayna müharibəsinin başa çatması üçün bütün tərəflərin qanuni narahatlıqları nəzərə alınmalıdır. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Si Cinping vurğulayıb ki, beynəlxalq vəziyyət İkinci Dünya müharibəsindən sonra ən dərin dəyişiklik mərhələsini yaşayır. Çin XİN-in açıqlamasına görə, o, Ukraynadakı müharibə ilə bağlı ölkəsinin “prinsipial mövqeyini” ifadə edib.
Çin liderinin sözlərinə görə, müharibənin başa çatdırılması yolunun “açarı” ardıcıl dialoq və danışıqlardadır: “Vacibdir ki, bütün tərəflərin bərabər iştirakı təmin olunsun və sülh üçün möhkəm zəmin yaradılsın; bütün tərəflərin qanuni narahatlıqları nəzərə alınsın və sülhə iradə gücləndirilsin; ümumi təhlükəsizlik prinsipi həyata keçirilsin və davamlı sülh arxitekturası qurulsun”.
Öz növbəsində Merz bildirib ki, Almaniya və Çin qlobal çağırışların birgə həlli üçün məsuliyyət daşıyır. Görüş zamanı tərəflər beynəlxalq təhlükəsizlik və geosiyasi sabitlik məsələlərini də müzakirə ediblər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Fevral 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















