Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir. Çin əhalisi son bir neçə onillikdə görünməmiş sürətlə azalır.
Xüsusilə, əmək qabiliyyətli əhalinin sayı əhəmiyyətli dərəcədə azalıb ki, bu da perspektivdə işçi qüvvəsi xərclərini və sənaye mallarının qiymətini artıracaq.
Çində 16-59 yaş arası əmək qabiliyyətli şəxslərin sayı artıq uzun illərdir ki, azalmaqdadır.
Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, 2025-ci ildə onların payı ümumi əhalinin təxminən 60,6%-ni təşkil edib, halbuki on il əvvəl bu göstərici 70%-dən çox idi.
Bu tendensiya Çinin uzunmüddətli inkişaf potensialını zəiflədə bilər və xüsusilə ABŞ əhalisinin proqnozlaşdırılan artımı fonunda Çin iqtisadiyyatının ABŞ-ı qabaqlama ehtimalını azalda bilər.
Ailə quran insanların sayının az olması daşınmaz əmlaka olan uzunmüddətli tələbata mənfi təsir göstərəcək ki, bu da Çinin tikinti fəaliyyəti və dəmir filizi sənayesi üçün potensial mənfi nəticələr doğuracaq.
Eyni zamanda, işçi qüvvəsinin ixtisarı hökumət üçün vəsaiti çatışmayan milli pensiya sistemini maliyyələşdirməyi çətinləşdirəcək.
Çünki sistemə ödəniş edən işçilərin sayı azaldığı halda, pensiyaçıların sayı artmağa davam edəcək.